...

Kolleclərin boş qalan yerlərinə əlavə yerləşdirmə ilə qəbul olunanlar üçün qeydiyyat başlayır

Cəmiyyət Materials 1 Oktyabr 2025 16:09 (UTC +04:00)
Kolleclərin boş qalan yerlərinə əlavə yerləşdirmə ilə qəbul olunanlar üçün qeydiyyat başlayır
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olunanlar üçün qeydiyyat prosesinə 2 oktyabr saat 11:00-da start veriləcək.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, namizədlər https://portal.edu.az/ üzərindən “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 9 oktyabr saat 18:00-da yekunlaşacaq.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti