...

Azərbaycan nəqliyyat sektorunun transformasiyasını sürətləndirmək niyyətindədir

Cəmiyyət Materials 1 Oktyabr 2025 15:57 (UTC +04:00)
Azərbaycan nəqliyyat sektorunun transformasiyasını sürətləndirmək niyyətindədir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan nəqliyyat sektorunun daha “təmiz”, daha “ağıllı” və dayanıqlı sistemə transformasiyasını sürətləndirmək və onun səmərəliliyini, inklüzivliyini və dayanıqlılığını qaldırmaq niyyətindədir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, nəqliyyat istixana qazı emissiyalarının ən böyük mənbələrindən biri olaraq qalır və bu səbəbdən ekoloji cəhətdən təmiz həllərə keçid dövlətin əsas prioritetlərindən biridir.

F. Əliyev qeyd edib ki, son onilliklərdə ölkə infrastrukturun modernləşdirilməsinə, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına və proseslərin rəqəmsallaşdırılmasına fəal şəkildə sərmayə yatırıb. Xüsusilə, rəqəmsal nəqliyyat-logistika informasiya sistemləri və daşımaların iştirakçıları üçün “vahid pəncərə” mexanizmləri tətbiq olunur ki, bu da logistika proseslərini sürətləndirməyə, şəffaflığı artırmağa və xərcləri azaltmağa imkan verəcək.

O vurğulayıb ki, layihələrin uğurla həyata keçirilməsi üçün beynəlxalq əməkdaşlıq, regionda nəqliyyat siyasətinin sinxronlaşdırılması, həmçinin enerjiyə qənaət edən texnologiyaların və bərpa olunan enerji mənbələrinin tətbiqi zəruridir.

“Biz çalışırıq ki, nəqliyyat sektoru dayanıqlı inkişafın lokomotivinə çevrilsin və gələcəyin çağırışlarına cavab versin”,- deyə F. Əliyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti