...

Azərbaycan "yaşıl" inşaat sayəsində gəlirləri artıra və emissiyaların azaldılmasına nail ola bilər

Yaşıl iqtisadiyyat Materials 1 Oktyabr 2025 17:07 (UTC +04:00)
Azərbaycan "yaşıl" inşaat sayəsində gəlirləri artıra və emissiyaların azaldılmasına nail ola bilər
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

“Yaşıl” binalara keçid təkcə dövlətə deyil, həm də son istifadəçilərə, investorlara və inşaatçılara fayda verir.

Trend xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dayanıqlı maliyyələşmə üzrə eksperti Leyla Hüseynli Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışında deyib.

Onun sözlərinə görə, enerji-səmərəli və ekoloji həllərin tətbiqi emissiyaların azaldılmasına və dövlətin istər milli, istərsə də qlobal səviyyədə iqlimlə bağlı hədəflərinə o cümlədən milli səviyyədə müəyyən edilmiş töhfələrə (NDC) nail olmasına kömək edə bilər.

L.Hüseynli qeyd edib ki, son istifadəçilər üçün “yaşıl” binalar kommunal ödənişlərdə, sudan istifadədə qənaət, həmçinin ekoloji materialların tətbiqi deməkdir. Investorlar və inşaatçılar üçün isə belə obyektlər daha yüksək doluluq dərəcəsi, sürətli satışlar və aktivlərin dəyərinin artması ilə nəticələnir. “Edge” sertifikatlaşdırma sisteminin hesablamalarına əsasən, “yaşıl” binaların orta geri dönüş müddəti təxminən beş il təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti