...

Qadınların iqlim siyasəti üzrə qərar qəbuletmədə iştirak səviyyəsini yüksəltməliyik - Bahar Muradova

Cəmiyyət Materials 1 Oktyabr 2025 18:18 (UTC +04:00)
Qadınların iqlim siyasəti üzrə qərar qəbuletmədə iştirak səviyyəsini yüksəltməliyik - Bahar Muradova
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Gələcək planlarımıza gədikdə qarşımıza daha iddialı məqsədlər qoymuşuq. İlk növbədə biz hamılıqla qadınların iqlim siyasəti üzrə qərar qəbuletmədə iştirak səviyyəsini yüksəltməli, kənd yerlərində qadınların yaşıl sahibkarlıq təşəbbüslərinə çıxışını genişləndirməliyik.

Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakı İqlim Fəaliyyəti Həftəsinin üçüncü günündə deyib.

O qeyd edib ki, bundan başqa, uşaqlar üçün iqlim və ətraf mühit mövzularında maarifləndirmə proqramları artırılmalı, qlobal tərəfdaşlarla birgə regional əməkdaşlıq layihələri inkişaf etdirilməlidir.

"Nəhayət, davamlı inkişaf məqsədləri naminə mövcud gender bərabərsizliklərini aradan qaldırmalıyıq", - deyə B. Muradova vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti