...

Zakir Həsənov İtaliya tərəfinə başsağlığı verib

Siyasət Materials 1 Oktyabr 2025 16:17 (UTC +04:00)
Zakir Həsənov İtaliya tərəfinə başsağlığı verib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosettoya başsağlığı ünvanlayıb.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Başsağlığında deyilir: "Latsio regionundakı Çirçeo Milli Parkı yaxınlığında təlim uçuşları zamanı İtaliya Hərbi Hava Qüvvələrinin 70-ci Aviasiya alayına məxsus "T-260B" tipli təyyarənin qəzaya uğraması nəticəsində iki hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.
Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti