...

Hal-hazırda Bakı şəhərində yerləşən 353 məktəbdə kağız jurnallar ləğv edilib - Sektor müdiri

Cəmiyyət Materials 1 Oktyabr 2025 17:28 (UTC +04:00)
Hal-hazırda Bakı şəhərində yerləşən 353 məktəbdə kağız jurnallar ləğv edilib - Sektor müdiri
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Hal-hazırda Bakı şəhərində yerləşən 353 məktəbdə kağız jurnallar ləğv edilib.

Trend xəbər verir ki, bunu MÜTDA-nın Rəqəmsal İdarəetmə sektorunun müdiri Fidan Nəcəfova Təhsil TV-nin ''Təhsil saatı'' proqramında deyib.

O bildirib ki, qiymətləndirmələr tamamilə elektron platforma üzərindən aparılır:

"Elektron jurnal Elm və Təhsil Nazirliyinin dərs müddətində nə baş verdiyinə anında nəzarət etməsinə imkan verəcək. Tədris ilinin başlanğıcı olduğu üçün müəllimlərə vaxt vermişdik. Amma bu gündən prosesə başlanılır”.

Sektor müdiri əlavə edib ki, regionlarda 120 yaxın məktəbdə kağız jurnalla yanaşı elektron jurnal da mövcuddur.

"Sentyabrın 15-dək təhsil müəssisələrinin rəhbərləri üçün intensiv təlimlər təşkil olunub. Bu platformanın istifadəsi ilə bağlı təlimlər uğurla keçirilib. İndiki mərhələdə bu proseslər tamamlandıqdan sonra valideynlər də qeydiyyatdan keçə bilərlər. Bakı şəhəri üzrə 70 faiz valideyn artıq qeydiyyatdan keçib. Valideynlər fin kodu ilə qeydiyyatdan keçdikdən sonra övladları haqqında məlumat əldə edə bilirlər”,- deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti