...

Baş plan bütün problemlərimizi həll etmir - Anar Quliyev

Cəmiyyət Materials 1 Oktyabr 2025 16:00 (UTC +04:00)
Baş plan bütün problemlərimizi həll etmir - Anar Quliyev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Təkcə baş plan bütün problemlərimizi həll etmir, amma o təməl sənəddir ki, onun əsasında müvafiq məsələlər həllini tapır.

Trend xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, üç növ planlaşdırma sənədi mövcuddur: ümumi plan, baş plan və müfəssəl plan: "Baş plan ortada duran sənəddir və əsasən yol xəritəsi rolunu oynayır. Yəni şəhəri, yaşayış məntəqəsini zonalaşdıraraq əsas istiqamətləri müəyyən edir. Baş plan əsasında müfəssəl planlar işlənilir.

Bizim həmçinin komitə olaraq işimiz tikinti sahəsini tənzimləyən normativ bazanı təkmilləşdirməkdir. Ona görə təkcə baş plan bütün problemlərimizi həll etmir. Amma baş plan təməl sənəddir ki, onun əsasında müvafiq məsələlər həllini tapır".

"Biz həm tarixi, mədəni və memarlıq irsimizi qorumalıyıq, həm də müasir iqtisadiyyat haqqında düşünməliyik. Artıq neft sənayesi əsaslı iqtisadiyyatdan digər sahələr üzərində qurulan iqtisadiyyata keçməliyik. Biz həmçinin ətraf mühitimizi qorumalıyıq, Xəzər dənizini təmiz saxlamalıyıq. Tikinti də bu geniş proqramın içərisində çox vacib amildir. Biz yaşıl tikintidən danışmalıyıq və danışırıq artıq. Bəzi beynəlxalq maliyyə təşkilatları ilə bu sahədə bir yol xəritəsi hazırlanıb", - deyə komitə sədri vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti