...

Bakıda tarixdə ilk dəfə “IRONMAN 70.3 BAKU” triatlon yarışı baş tutacaq (FOTO)

Cəmiyyət Materials 1 Oktyabr 2025 17:13 (UTC +04:00)
Bakıda tarixdə ilk dəfə “IRONMAN 70.3 BAKU” triatlon yarışı baş tutacaq (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan idman tarixində ilk dəfə beynəlxalq “IRONMAN 70.3 BAKU” triatlon yarışı baş tutacaq.

Trend xəbər verir ki, yarış 2026-cı il sentyabrın 5–6-da Bakıda keçiriləcək.

“IRONMAN 70.3” triatlonu, “Fun Run 5 km” və "IRONKIDS" yarışlarını əhatə edəcək.

1.9 kilometrlik tək dövrədən ibarət üzgüçülük mərhələsi Xəzər dənizinin sahilində baş tutacaq.

90 kilometrlik velosiped mərhələsi 2 dövrədən ibarət olacaq. 3 dövrədən ibarət qaçış yarımmarafonu isə 21,1 kilometri əhatə edəcək.

2026-cı il sentyabrın 4–6-da sakinlər və qonaqlar üçün əyləncə proqramı, “IRONMAN EXPO” zonası təşkil olunacaq. Ziyarətçilər rəsmi IRONMAN məhsulları və digər idman ləvazimatlarını əldə edə biləcəklər.

Xəbər lenti

Xəbər lenti