...

Heydər Əliyev adına Hərbi İnstitutda NATO proqramı çərçivəsində treyninq keçirilir (FOTO)

Cəmiyyət Materials 1 Oktyabr 2025 17:39 (UTC +04:00)
Heydər Əliyev adına Hərbi İnstitutda NATO proqramı çərçivəsində treyninq keçirilir (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" (DEEP) çərçivəsində “Müəllimlərin təkmilləşdirilməsi treyninqi”nin üçüncü mərhələsi keçirilir.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat yayılıb.

Bildirilib ki, MMU və onun tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin müəllim heyətinin iştirakı ilə təşkil olunan tədbirlər “Dərsin planlaşdırılması və tədris proqramının hazırlanması” modulunu əhatə edir.

Tədbirin əsas məqsədi iştirakçıların pedaqoji bacarıqlarını və tədris metodlarını inkişaf etdirmək, tədrisin keyfiyyətini yüksəltmək, eyni zamanda təhsil prosesini beynəlxalq standartlara uyğunlaşdırmaqdır.
NATO proqramı çərçivəsində keçirilən treyninqlər oktyabrın 3-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti