...

Sabunçunun sabiq prokuroru İbrahim Ləmbəranski prokurorluq orqanlarından öz istəyilə ayrılıb

Cəmiyyət Materials 1 Oktyabr 2025 16:59 (UTC +04:00)
Sabunçunun sabiq prokuroru İbrahim Ləmbəranski prokurorluq orqanlarından öz istəyilə ayrılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Sabunçunun sabiq prokuroru İbrahim Ləmbəranskinin prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat yayılıb.

Bildirilib ki, İbrahim Ləmbəranskiyin öz arzusuna əsasən 10 sentyabr 2025-ci il tarixindən etibarən prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Qeyd edək ki, İ.Ləmbəranski tanınmış ictimai xadim Əliş Ləmbəranskinin nəvəsi, millət vəkili Əminə Ağazadənin həyat yoldaşıdır. O, əvvəllər bir sıra rezonans doğuran cinayət işlərinin istintaqına rəhbərlik edib.

Ləmbəranski əvvəllər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində xüsusilə mühüm işlər üzrə böyük müstəntiq, daha sonra Pirallahı rayon prokuroru vəzifəsində çalışıb. 2020-ci ildən Sabunçu rayonunun prokuroru idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti