Bakı.Trend:
Prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib.
Trend xəbər verir ki, Milli prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə Baş Prokurorluğun rəhbərliyi oktyabrın 1-də Fəxri xiyabana gələrək, Ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn prokurorluğun kollektivi Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Daha sonra Baş Prokurorluğun inzibati binasında 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini peşə bayramı münasibətilə təbrik edib.
Çıxış zamanı Baş prokuror Kamran Əliyev ölkəmizin ictimai-siyasi həyatında son dövrdə baş verən mühüm hadisələrdən bəhs edib. Qeyd olunub ki, dövlət başçısı İlham Əliyevin ABŞ-yə tarixi səfəri çərçivəsində Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin 2025-ci il avqustun 8-də Ağ Evdə paraflanması Azərbaycan Prezidenti İlham Əliyevin hərbi uğurlarından sonra növbəti siyasi nailiyyəti və qələbəsidir. Həmçinin 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Amerika Birləşmiş Ştatları Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində sərəncam imzalanması dövlətimizin başçısının diplomatik sahədə əsas uğurlarından biridir
Bundan başqa, vurğulandı ki, Prezident İlham Əliyevin cari il sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında açılan yeni mərhələni və bu mərhələnin regionda yaratdığı siyasi, iqtisadi və təhlükəsizlik reallıqlarını dünya ictimaiyyətinə çatdırdığı tarixi çıxışı, eləcə də ölkə başçısının regional və qlobal əhəmiyyətli təşəbbüsləri Azərbaycanın beynəlxalq nüfuzunun, suverenlik və ərazi bütövlüyünün tam bərqərar edilməsinin bariz göstəricisidir.
Baş prokuror bildirib ki, prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü Vətən müharibəsində möhtəşəm Zəfərimizin 5 illiyi ilə eyni dövrə təsadüf edir. Məhz Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi, xalq-ordu birliyi nəticəsində dövlətimizin ərazi bütövlüyü bərpa edilib, işğaldan azad olunmuş torpaqlarda geniş bərpa-quruculuq işləri aparılır.
Kamran Əliyev 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin mühüm tarixi hadisə olduğunu vurğulayaraq, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın dövlətimizin müstəqilliyinin, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm təməli olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, məhz bu hüquqi əsaslar üzərində prokurorluğun müasir statusu və səlahiyyətləri müəyyən edilib.
Çıxış zamanı ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin təkcə Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə deyil, eyni zamanda regionların sosial-iqtisadi inkişafına verdiyi mühüm töhfələr xüsusi vurğulanıb.
Baş prokuror dövlətimizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi humanitar təşəbbüslərin, təhsil, mədəniyyət və sosial sahələrdə gördüyü genişmiqyaslı işlərin ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində mühüm rol oynadığını xüsusi qeyd edərək bu sahədə əldə olunmuş nailiyyətlərdən danışıb, prokurorluq orqanlarının da dünya miqyasında nüfuzlu tərəfdaş.