...

Aİ Rusiyaya qarşı daha sərt məhdudiyyətlər tətbiq etməyi planlaşdırır

Dünya xəbərləri Materials 2 Oktyabr 2025 08:03 (UTC +04:00)
Aİ Rusiyaya qarşı daha sərt məhdudiyyətlər tətbiq etməyi planlaşdırır

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı daha sərt məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

Trend xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen üzv ölkələrin dövlət və hökumət başçılarının Kopenhagendəki qeyri-rəsmi sammitinin yekunlarına dair bəyanatında bildirib.

"Biz sanksiyalara yeni yanaşma təklif edirik. Biz artıq mərhələli yanaşmadan istifadə etmirik, əksinə, enerji, maliyyə xidmətləri və ticarət sahəsində daha sərt tədbirlər təklif edirik", - Lyayenin bəyanatında qeyd olunub.

Xəbər lenti

Xəbər lenti