...

Qazaxıstanın qərbində daha bir atom elektrik stansiyası tikilə bilər

Dünya xəbərləri Materials 1 Oktyabr 2025 20:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın qərbində daha bir atom elektrik stansiyası tikilə bilər.

Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev bildirib.

Onun sözlərinə görə, söhbət Xəzər dənizinin sahilindən gedir:

"Yer hələ konkret olaraq müəyyən edilməyib, kiçik və orta güclü reaktorları olan atom elektrik stansiyası üçün potensial məkan nəzərdən keçirilir. Agentlik atom elektrik stansiyasının tikintisi üçün qərbi Qazaxıstanı kəşf etməyi planlaşdırır və biz bu yerin perspektivli olduğunu başa düşürük".

O, bundan əvvəl Almatı vilayətində eyni zamanda iki atom elektrik stansiyasının tikintisinin planlaşdırıldığını açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti