Bakı. Trend:
ABŞ-nin Atlantika sahillərində "Umberto" və "İmelda" qasırğalarının yaratdığı güclü qabarma nəticəsində eyni vaxtda beş ev dağılıb və okean sularına qərq olub.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, hadisə ilə bağlı kadrlar sosial şəbəkələrdə yayılıb.
Təbii fəlakət regionda böyük dağıntılara yol açıb.