...

Zelenski bu gün Avropa liderləri ilə görüşəcək

Dünya xəbərləri Materials 2 Oktyabr 2025 09:23 (UTC +04:00)
Zelenski bu gün Avropa liderləri ilə görüşəcək

Bakı.Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kopenhagendə Avropa liderləri ilə görüşəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen bəyanatında bildirib.

Danimarka hökumətinin məlumatına görə, Zelenski təxminən 50 dövlət və hökumət başçısı, eləcə də Avropa İttifaqı liderlərinin iştirakı ilə keçiriləcək Avropa Siyasi Birliyinə müraciət edəcək və Frederiksenlə birgə mətbuat konfransı keçirəcək.

Xəbər lenti

Xəbər lenti