...

Ağdamda 3 otaqlı evdə yanğın baş verib (FOTO)

Hadisə Materials 2 Oktyabr 2025 01:50 (UTC +04:00)
Ağdamda 3 otaqlı evdə yanğın baş verib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdamda baş verən yanğın zamanı nənə və nəvə ağır yanıq xəsarəti alıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, yanğın hadisəsi rayonun Quzanlı qəsəbəsində baş verib.

Rayon sakini İsmayılov Əhəd Natiq oğluna məxsus 3 otaqlı evdə yanğın baş verib. Yanğın zamanı 1965-ci il təvəllüdlü İsmayılov Zibeydə Qənimət qızı ikinci dərəcəli və onun nəvəsi 2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı birinci dərəcəli yanıq xəsarətləri alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə FHN-nin yanğınsöndürən əməkdaşları cəlb edilib. Yanğın yanğınsöndürən əməkdaşları tərəfindən söndürülərək yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma başlanıb, yanğının səbəbi araşdırılır.

Xəbər lenti

Xəbər lenti