...

ABŞ-da şatdauna görə dollar ucuzlaşıb

Dünya xəbərləri Materials 2 Oktyabr 2025 03:45 (UTC +04:00)
ABŞ-da şatdauna görə dollar ucuzlaşıb

Bakı. Trend:

Oktyabrın 1-də ABŞ hökumətinin fəaliyyətinin dayandırılması (şatdaun) fonunda dollar əsas valyutalara qarşı həftəlik minimum həddinə qədər ucuzlaşıb.

Trend xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Respublikaçılarla demokratların razılığa gələ bilməməsi səbəbindən dolların indeksi (avro və yen də daxil olmaqla 6 valyutaya nisbətən ölçülür) 0,2 faiz aşağı düşüb.

Bundan başqa, ABŞ Əmək Statistikaları Bürosu tərəfindən dərc edilən ziddiyyətli məlumatlar da dolların ucuzlaşmasına təsir göstərib. Hesabatda qeyd olunub ki, avqust ayında ölkədə vakansiyaların sayı çox cüzi artsa da, muzdlu işçilərin sayı azalıb.

ABŞ Prezidenti Donald Tramp Konqresdəki demokratları xəbərdar edib ki, əgər federal hökumətin fəaliyyətinin dayandırılmasına imkan verilsə, administrasiya onlar üçün mühüm olan proqramların bağlanması da daxil olmaqla “geridönməz” addımlar ata bilər.

“Commonwealth Bank of Australia” bankının valyuta şöbəsinin rəhbəri Cozef Kapurso hesab edir ki, hökumətin fəaliyyətinin uzunmüddətli dayandırılması dolların enişini davam etdirə bilər. Bu prosesdə ABŞ iqtisadiyyatı ilə bağlı zəif statistik göstəricilər də mühüm rol oynaya bilər.

Xəbər lenti

Xəbər lenti