Kopenhagen. Trend:
Serbiya gələcəkdə Azərbaycan qazının idxalını artıracağına ümid edir.
Bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç Trend-in Danimarkaya ezam olunmuş xüsusi müxbirinə bildirib.
“Biz Azərbaycanla yaxşı dostuq və artıq müqavilə bağlamışıq. Serbiyada qaz istehlakı artır və sizin ölkədən almağa hazırlaşdığımız həcmlər çoxalır. Ümid edirik ki, gələcəkdə TAP və TANAP vasitəsilə daha çox qaz idxal edə biləcəyik. Bunun üçün bütün zəruri obyektləri inşa edirik və Serbiya ilə Azərbaycan arasında əməkdaşlığa heç bir sərhəd yoxdur”, – deyə o qeyd edib.