...

Daha bir qrup müharibə iştirakçısı üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb

Cəmiyyət Materials 2 Oktyabr 2025 11:06 (UTC +04:00)
Daha bir qrup müharibə iştirakçısı üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində daha bir qrup müharibə iştirakçısına seçdikləri biznes istiqamətləri üzrə avadanlıqlar təqdim edilib.

Trend xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları avtotəmizləmə, kişi bərbərxanası və s. fəaliyyət istiqamətləri üzrə kiçik biznes sahələrini yaradıblar.

Onlar göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edib, özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını genişləndirməyə səy göstərəcəklərini bildiriblər.

Qeyd edək ki, Vətən müharibəsindən sonrakı dövrdə 13350-dək, o cümlədən bu il 1000 nəfərə yaxın müharibə iştirakçısı üçün özünüməşğulluq proqramı əsasında kiçik təsərrüfatlar qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti