Bakı. Trend:
Mütləq Döyüş Çempionatının (UFC) iki çəki kateqoriyasında keçmiş çempionu Konor Makqreqor UFC-nin Ağ Evdə keçiriləcək yubiley turnirində qəfəsə çıxacağını elan edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Makqreqor şəxsən "Fox News" telekanalının aparıcısı Şon Hennitiyə açıqlama verib.
“Müqavilə bağlanıb, imzalanıb və aidiyyəti üzrə çatdrılıb, Makqreqor Amerikanın 250 illiyi münasibətilə Ağ Evdə döyüşəcək”,- deyə irlandiyalı döyüşçü bildirib.
Bundan əvvəl UFC rəhbəri Dana Uayt Trampın razılığı ilə Ağ Evdə keçiriləcək turnirin 2026-cı ilin iyul ayında planlaşdırıldığını söyləmişdi.