...

Tikinti sahəsi ilin birinci yarısında 328 milyon manatdan çox gəlir gətirib - RƏSMİ

İqtisadiyyat Materials 2 Oktyabr 2025 11:22 (UTC +04:00)
Tikinti sahəsi ilin birinci yarısında 328 milyon manatdan çox gəlir gətirib - RƏSMİ
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Tikinti sahəsi ilin birinci yarısında 328 milyon manatdan çox gəlir gətirib.

Trend xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Rəisi Read Qasımov KOBİA-nın təşkilatçılığı ilə keçirilən “Tikintiyə və istismara icazələrin alınması üçün tələb olunan vaxt və xərclərlə bağlı mövcud vəziyyət və onların optimallaşdırılması ilə bağlı imkanlar” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.

O bildirib ki, şəhərlərin və tikinti sahəsinin inkişafı Azərbaycanın strateji hədəflərindən biridir:

“İnnovativ yanaşmalar sahibkarların müxtəlif sahələrdə iş prosesinin daha şəffaf və asan aparılmasına yönəlib”.

Xəbər lenti

Xəbər lenti