...

Ötən ay neçə nəfər xüsusi şərtlərlə əmək pensiyası alıb?

Cəmiyyət Materials 2 Oktyabr 2025 11:55 (UTC +04:00)
Ötən ay neçə nəfər xüsusi şərtlərlə əmək pensiyası alıb?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin sentyabr ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 149 513 nəfər olub.

Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, onların 113 147 nəfəri yaşa, 14 216 nəfəri əlilliyə, 22 150 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.

Qeyd edək ki, 2024-cü ilin sentyabr ayı xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 145 411 nəfər olub. Onların 109 956 nəfəri yaşa, 14 492 nəfəri əlilliyə, 20 963 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti