Bakı.Trend:
Qəbələ rayonunun Aydınqışlaq kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli, 5 otaqlı evin yanar konstruksiyaları yanıb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.