...

Bakıda 14 km-ə yaxın magistral və məhəlli istilik xətlərinin yenilənməsi nəzərdə tutulur

Cəmiyyət Materials 2 Oktyabr 2025 09:48 (UTC +04:00)
Bakıda 14 km-ə yaxın magistral və məhəlli istilik xətlərinin yenilənməsi nəzərdə tutulur
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

“Azəristiliktəchizat” ASC-nin istehsalat sahələrində 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində istilik təchizatı sistemlərinin etibarlılığının təmin olunması istiqamətində qazanxanalarda aparılan təmir və bərpa işləri davam edir. Tədbirlər planına əsasən tədbirlər planına əsasən 14 km-ə yaxın magistral və məhəlli istilik xətlərinin yenilənməsi nəzərdə tutulub.

Bu barədə Trend-ə “Azəristiliktəchizat” ASC-dən məlumat verilib.

Həmçinin bildirilib ki, tədbirlər planına əsasən 22 qazan aqreqatının əsaslı təmiri, 326 dəst müxtəlif diametrli siyrtmələrin dəyişdirilməsi, ümumilikdə istismar prosesində iştirak edən 82 000-ə yaxın qazanxana, elektrik, avtomatika, su hazırlığı avadanlıqları və istilik şəbəkəsi qurğularının saz vəziyyətə gətirilməsi nəzərdə tutulub.

Qeyd edilib ki, mövsümə hazırlıq tədbirləri çərçivəsində təsdiq edilmiş iş planına əsasən istilik təsərrüfatlarında avadanlıqların təftişi, təmiri və zəruri hallarda yenilənməsi daxildir.

Bundan başqa Nərimanov rayonu A.Nemətulla küçəsi 63 ünvanda 92 saylı, A.Heydərov küçəsi 24 ünvanda 86 saylı, Nizami rayonu T.Abbasov küçəsi 65 ünvanda 515 saylı, Babək prospekti 99 ünvanda 539 saylı, Yasamal rayonu N.Nərimanov prospekti 55 ünvanda 140 saylı, Pirallahı rayonu 40-cı məhəllə ünvanında 533 saylı və Səabil rayonu Badamdar qəsəbəsi Gənclər küçəsi 3 ünvanında 504 saylı istismar müddəti başa çatmış 7 qazanxananın yenidən qurulması işləri sürətlə aparılmaqdadır.

Məlumat üçün bildirək ki, hazırlıq işlərinin 2025-ci ilin 01 noyabr tarixinə başa çatdırılaraq bütün istilik təsərrüfatı avadanlıqlarının tam işlək vəziyyətə gətirilməsi qarşıya qoyulan əsas vəzifədir.

Qeyd edilən tapşırıqların icra vəziyyəti ilə bağlı geniş istehsalat müşavirəsi keçirilmişdir. Müşavirədə hər bir sahə üzrə məsul şəxslərin hesabatları dinlənilmiş, konkret tapşırıqlar verilmişdir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti