Bakı. Trend:
Xocavənd şəhərində fərdi yaşayış evlərində (50 ev, 8415 m2) təmir işlərinin aparılmasına başlanılır.
Trend-in məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işlərə yekun vurub.
Qurum sözügedən işlərin icrasını “Az-Caspian Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 2,9 milyon manat ödənilib.
Qeyd olunan işləri icra edəcək “Az-Caspian Construction” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi İbadov Rəşad Əsəd oğludur.