Bakı. Trend:
Qazaxıstan rəqəmsal texnologiyalar və süni intellekt sahəsində Şərq ilə Qərb arasında körpü olmaq üçün unikal mövqeyə malikdir.
Trend xəbər verir ki, bunu Astanada keçirilən “Digital Bridge 2025” forumunda süni intellekt üzrə ekspert və “Sinovation Ventures” şirkətinin təsisçisi Kay-Fu Li bildirib.
“Qazaxıstan sakinlərinin qürur duymağa səbəbləri var: burada süni intellektin inkişafı üçün yol açılır. Bu texnologiya məhsuldarlığı əhəmiyyətli dərəcədə artıra və bütöv şöbələrin işlərini yerinə yetirəcək rəqəmsal əməkdaşlar yarada bilər”, – deyə o qeyd edib.
Li müxtəlif ölkələrin təcrübəsinin birləşdirilməsinin vacibliyini vurğulayıb.
“ABŞ qabaqcıl texnologiyalar, yarımkeçiricilər və vençur kapitalı sahəsində liderdir, Çin isə ən səmərəli modelləri qurur, onları açıq şəkildə təqdim edir və qlobal tətbiqlərə daxil edir. Qazaxıstan bu yanaşmaları birləşdirmək və akademiya, biznes və investorlar arasında əlaqələndirici halqa olmaq üçün unikal mövqedədir”, – deyə o bildirib.