...

BMT Baş katibinin hesabatında BTQ-nin fəaliyyəti qeyd olunub

Siyasət Materials 2 Oktyabr 2025 10:44 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakı Təşəbbüs Qrupu (BTQ) daha bir parlaq uğura nail olub. Belə ki, BTQ tərəfindən hazırlanmış hesabat BMT Baş katibinin 2025-ci il üzrə təqdim etdiyi “Afrika mənşəli insanların beynəlxalq ikinci onilliyinin həyata keçirilməsi üzrə fəaliyyət proqramı”na dair hesabatında qeyd olunub.

(https://documents.un.org/doc/undoc/gen/n25/214/95/pdf/n2521495.pdf)

Trend xəbər verir ki, baş katibin hesabatında BTQ məhz dekolonizasiya və kiçik adalarda yaşayan xalqların müstəqilliyi istiqamətində fəaliyyət aparan qlobal vətəndaş cəmiyyətləri sırasında yeganə QHT kimi adı qeyd olunub.

Xatırladaq ki, 2025-ci ilin mayında Bakı Təşəbbüs Qrupu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına “Afrika mənşəli insanların beynəlxalq ikinci onilliyi” çərçivəsində həyata keçirilmiş fəaliyyətlər barədə öz hesabatını təqdim edib.

Bildirilib ki, BMT Baş katibinin hesabatında təşkilatın fəaliyyətinə istinad olunması bir daha təsdiqləyir ki, BTQ beynəlxalq miqyasda etimad olunan tərəfdaşdır və kolonializmə məruz qalan xalqların haqq səsinin dünyaya çatdırılmasında mühüm platforma rolunu oynayır.

Qeyd edək ki, BTQ-nin təqdim etdiyi hesabatda əks olunmuş fəaliyyətlər sırasında BTQ tərəfindən 21 yanvar 2025-ci ildə təşkil olunmuş “Reyunyon adasının müstəqilliyi: Fransanın müstəmləkə irsinin yenidən qiymətləndirilməsi və suverenliyə gedən yol” adlı beynəlxalq konfrans, 24–26 fevral 2025-ci ildə Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan ölkələrdə fəaliyyət göstərən jurnalistlərin iştirakı ilə təşkil edilmiş Beynəlxalq Media Tur, 15 aprel 2025-ci ildə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilmiş “Dekolonizasiya: Səssiz İnqilab” adlı beynəlxalq konfrans yer almışdır. Sonuncu tədbir BMT-nin Afrika Mənşəli İnsanların Daimi Forumunun dördüncü sessiyasının rəsmi yan tədbiri kimi BMT-də qeydiyyatdan keçib.

Sözügedən beynəlxalq tədbirlər BTQ-nin dekolonizasiya və insan hüquqları sahəsində gördüyü işlərin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm rol oynamışdır. Belə ki, BTQ-nin İcraçı direktoru Abbas Abbasov və müstəmləkə altında olan ərazilərin nümayəndələri BMT-nin Baş Assambleyasında Afrika Mənşəli İnsanların Daimi Forumunun dördüncü sessiyasında çıxış edib.

Bundan əlavə, BTQ-nin “Afrika mənşəli insanların beynəlxalq ikinci onilliyi”nə verdiyi töhfələrdən biri də “Reparasiya: Müstəmləkə irsi ilə üzləşmə” adlı müraciətinin qəbul edilməsi və kolonial zülmün tanınması və reparasiya tələbləri ilə bağlı beynəlxalq petisiyanın başlanması olmuşdur. Sənədlərdə keçmiş müstəmləkəçi dövlətlərin tarixi cinayətlərə görə məsuliyyət daşımaqdan yayınması qətiyyətlə pislənmiş və reparasiyaların yalnız hüquqi deyil, həm də ədalət və insan ləyaqətinin bərpasına əsaslanan mənəvi öhdəlik olduğu vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti