Bakı. Trend:
Cənubi Koreyada anti-Çin və anti-əcnəbi mitinqlərə qarşı sərt tədbirlər görülməsi barədə göstəriş verilib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Cənubi Koreya Prezidenti Li Cae Myonq cümə axşamı canlı efirdə bildirib ki, ölkənin imicinə və iqtisadiyyatına zərər vuran anti-Çin mitinqləri və əcnəbilərə qarşı digər irqi hərəkətlərə qarşı sərt tədbirlər görülməlidir.