Bakı. Trend:
Ötən gecə Ağdam rayon Quzanlı qəsəbəsində fərdi ev yanıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə hadisə nəticəsində 31.07.2013 - cü il təvəllüdlü Ismayılova Nəzrin Əhəd qızı və 23.05.1965 - ci il təvəllüdlü İsmayılova Zibeydə Qənimət qızı yanıq xəsarətləri alıblar. Xəsarət alan şəxslər Ağdam Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Cərrahiyyə Şöbəsinə yerləşdiriliblər. İsmayılova Nəzrin Əhəd qızına üzün hər iki yuxarı ətrafın 1-ci dərəcəli texniki yanığı, İsmayılova Zibeydə Qənimət qızına isə hər iki yuxarı ətrafın, hər iki bazu, said kürək, hər iki əllərin 1 və 2 ci dərəcəli texniki yanığı diaqnozu qoyulub.
Xəstələrə dərhal ilkin tibbi yardım göstərilikdən sonra Bakı şəhəri 5 nömrəli Şəhər Klinik Xəstəxanasına göndərilmişdir.