...

Hibrid təhdidlər Avropa üçün ciddi problemə çevrilir - Rumıniya Prezidenti

Siyasət Materials 2 Oktyabr 2025 12:41 (UTC +04:00)
Hibrid təhdidlər Avropa üçün ciddi problemə çevrilir - Rumıniya Prezidenti
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Kopenhagen. Trend:

Rumıniya Prezidenti Nikuşor Dan Kopenhagendə jurnalistlərə Avropanın hibrid tədhdidlərlə əlaqədar üzləşdiyi çağırışlardan söz açıb.

Bu barədə Trend-in xüsusi müxbiri xəbər verir.

“Biz ötən ilin noyabr ayında keçirilmiş prezident seçkiləri vaxtı hibrid təhdidlərə qarşı bilavasitə təcrübə qazandıq. Dünən təqdim etdiyim hesabatda sosial şəbəkələrdə baş verən hadisələri təhlil emişik. Hesab edirəm ki, bir-birimizdən öyrənməliyik. Bu, hamımız üçün hələ də yeni çağırışdır. Noyabrdan indiyə qədər müəyyən dərslər çıxarmışıq, lakin effektiv reaksiyalar üçün tam alət dəstinə sahib olmaqdan ötrü təlimləri davam etdirmək vacibdir”, - deyə Dan bildirib.

Nikuşor Dan Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koştanın pilotsuz uçuş aparatlarının tətbiqi ilə bağlı təklifini şərh edərkən vurğulayıb ki, bu, ağıllı və effektiv şəkildə işləyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti