...

Biləsuvar GES-in tam şəbəkəyə qoşulacağı tarix açıqlandı

Energetika Materials 2 Oktyabr 2025 14:03 (UTC +04:00)
Biləsuvar GES-in tam şəbəkəyə qoşulacağı tarix açıqlandı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Biləsuvar. Trend:

Biləsuvar Günəş Elektrik Stansiyası (GES) Azərbaycanın elektrik enerjisinə olan tələbatının 4-5%-ni təmin edəcək.

Trend-in Biləsuvar rayonuna ezam olunmuş əməkdaşı xəbər verir, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Biləsuvar Günəş Eektrik Stansiyasında (GES) birinci panelin quraşdırılması mərasimində bildirib.

Onun sözlərinə görə, Biləsuvar GES-də gələn ilin birinci yarısından etibarən ilkin enerji verilişlərinə başlanılacaq: "Gələn ilin sonunda isə stansiyada istehsal edilən enerji şəbəkəyə tam şəkildə qoşulacaq. Bu günəş elektrik stansiyası Azərbaycanın elektrik enerjisinə olan tələbatının 4-5%-ni təmin edəcək".

O bildirib ki, bu GES Biləsuvar rayonunun da həm iqtisadi, həm də sosial sahəsinə müsbət təsir göstərəcək. Həmçinin vurğulayıb ki, bu regionun və rayonun məşğulluqla təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcək.

"Biləsuvarda günəşdən istehsal olunan elektrik enerjisi Azərbaycanın müəyyən həcmdə qaz resurslarından səmərəli istifadəsinə xidmət edəcək", - deyə agentlik rəhbəri əlavə edib.

Xəbər lenti

Xəbər lenti