...

Yevlaxda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Hadisə Materials 2 Oktyabr 2025 15:20 (UTC +04:00)
Yevlaxda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Yevlaxda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, oktyabrın 1-də Yevlax rayonu ərazisində 1996-cı il təvəllüdlü Xəyal Zeynalovun aldığı xəsarətlər səbəbindən xəstəxənada ölməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı 1999-cu il təvəllüdlü Mahir Baxşalızadənin rayon ərazisində yerləşən kafelərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Xəyal Zeynalovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edilib ki, Mahir Baxşalızadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti