...

Edi Rama Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarını şərh edib

Siyasət Materials 2 Oktyabr 2025 12:33 (UTC +04:00)
Edi Rama Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarını şərh edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Kopenhagen. Trend:

Azərbaycan və Ermənistan arasında gedən sülh prosesindəki irəliləyiş məhz dövlət başçılarının güclü liderlikləri hesabına mümkün olub.

Trend-in Danimarkaya ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Albaniyanın Baş naziri Edi Rama bildirib.

“Biz bu irəliləyişi bir müddət gözlədik. O, hər iki dövlətin qətiyyətli rəhbərliyinin olması hesabına, eləcədə Birləşmiş Ştatlar Prezidentinin son təkanı sayəsində baş verdi. Biz buna görə onun haqqını verməliyik – bu həqiqətən mühüm bir nailiyyətdir”, - deyə baş nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti