...

Fransada büdcə ixtisarlarına qarşı etirazlar davam edəcək

Dünya xəbərləri Materials 2 Oktyabr 2025 14:59 (UTC +04:00)

Bakı. Trend:

Fransada etirazçıların hökumətin yaxınlaşan büdcə ixtisarlarını ləğv etməsi tələbi ilə 240-dan çox məkanda etiraz aksiyaları və tətil keçirəcəyi bildirilib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron və yeni Baş nazir Sebastian Lekornu ölkənin büdcəsini qaydaya salmaq üçün təzyiq altındadırlar.

Fransa, avrozonada Almaniyadan sonra ikinci ən böyük iqtisadiyyat sayılır. Amma həmkarlar ittifaqları əksinə, hökumətdən daha çox pulun dövlət xidmətlərinə xərclənməsini, varlılardan əlavə vergi alınmasını və pensiya sistemində edilmiş dəyişikliklərin ləğvini istəyirlər.

Əmək Konfederasiyasının (CGT) Baş katibi Sofi Bine deyib:

“Əvvəlcə biz bilmək istəyirik ki, hökumətdə kimlər olacaq. Sonra isə bilmək istəyirik ki, büdcə necə olacaq. Əgər büdcədə hər hansı geriləmə və ya ixtisar olsa, biz buna razı olmayacağıq.”

Xəbər lenti

Xəbər lenti