Astana. Trend:
Astanada Azərbaycanın Energetika Naziri Pərviz Şahbazov ilə Qazaxıstanın Nəqliyyat naziri, Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının həmsədri Nurlan Sauranbayev, arasında məhsuldar danışıqlar keçirilib.
Trend xəbər verir ki, bu barədə Energetika Naziri Pərviz Şahbazov öz “X” səhifəsində yazıb.
Məlumata görə, tərəflər ticarət-iqtisadi əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər. Cari ilin ilk yarısında iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi 4,2 dəfə artaraq 500 milyon ABŞ dollarına çatıb.
Nazirin sözlərinə görə, danışıqlarda eyni zamanda Bakı şəhərində keçiriləcək Hökumətlərarası Komissiyanın 21-ci iclasına hazırlıq, nəqliyyat əlaqələrinin genişləndirilməsi perspektivləri, yük daşımalarının həcmində artım və iki ölkə arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi üzrə perspektivli layihələrin həyata keçirilməsi müzakirə olunub.