Bakı. Trend:
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turunun ən yaxşı oyunçusu müəyyənləşib.
Trend xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Real”ın hücumçusu Kilian Mbappe həftənin ən yaxşısı seçilib.
Fransalı forvard UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunun əsasında qalib olub.
K.Mbappe Erlinq Haaland (“Mançester Siti”), Rasmus Hoylund (“Napoli”) və Yens-Petter Heuqeni (“Bodo-Qlimt”) qabaqlayıb.
Qeyd edək ki, Kilian Mbappe “Real”ın səfərdə “Kayrat”ı 5:0 hesabı ilə məğlub etdiyi matçda 3 qol vurub.