...

İlk 9 ayda sosial xidmət müəssisəsinə yerləşdirilən ahılların sayı açıqlanıb

Cəmiyyət Materials 3 Oktyabr 2025 09:49 (UTC +04:00)
İlk 9 ayda sosial xidmət müəssisəsinə yerləşdirilən ahılların sayı açıqlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin ötən dövründə ümumilikdə 57 nəfər Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə yerləşdirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi fəaliyyət göstərir.

"Prezident İlham Əliyevin yaşlı, ahıl insanlara xüsusi qayğısının daha bir təzahürü kimi, son illərdə bu sosial xidmət müəssisəsində müasir tələblərə uyğun şərait yaradılıb, həmçinin 5 mərtəbəli 170 yerlik əlavə korpus istifadəyə verilib. Müəsissədə hər bir otaq lazımi məişət avadanlıqları, o cümlədən soyuducu, televizor və s. təmin olunub. Sakinlərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə əhatə olunmaları, asudə vaxtlarını mənalı keçirmələri üçün şərait yaradılıb. Burada kitabxana və idman zalları, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar və s. ahılların istifadəsindədir. Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən özünəqulluq qabiliyyətini itirən, psixi və yoluxucu xəstəliyi olmayan, eləcə də qulluq edə biləcək yaxın qohum və qanuni nümayəndələri olmayan şəxslər qəbul edilir. Hazırda müəssisədə 230 ahılımız dövlət himayəsində yaşayır. Onlardan 118-i kişi, 112-si qadındır. Bu ilin ötən dövründə ümumilikdə 57 nəfər bu müəssisəyə yerləşdirilib".

Agentlikdən bildirilib ki, müəssisədə ahıllara stasionar formada sosial xidmətlər göstərilir, onlarla sosial iş aparılır, cəmiyyətdən təcrid olunmalarına gətirib çıxaran halların qarşısının alınması, sosial adaptasiyası və sosial-psixoloji reabilitasiyası həyata keçirilir.

"Ahıllarımız burada hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar.
Burada sakinlərin sosial inteqrasiyası üçün də işlər aparılır. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər görülür, ahıllarımız idman yarışları, gimnastika məşğələləri, mədəni tədbirlər, ekskursiyalar, bayram proqramları və yaradıcılıq fəaliyyətlərinə cəlb olunurlar. Bu onların həm sağlamlığının qorunmasına, həm də cəmiyyətlə ünsiyyət imkanlarının genişlənməsinə xidmət edir",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti