Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin son nəticədə həll olunacağına əminliyini ifadə edib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp "One America News" telekanalına müsahibəsində deyib.
"Biz Qəzzada sülhə nail olmağa hazırlaşırıq, bu, möhtəşəm nailiyyət ola bilərdi. Bundan sonra biz Rusiya [və Ukrayna ilə] vəziyyəti həll edəcəyik, hər hansı bir şəkildə buna nail olacağıq", - deyə o bildirib.
Amerika lideri bir daha qeyd edib ki, Ukrayna böhranının həlli onun gözlədiyindən qat-qat çətin olub. “Mən bunun asan olacağını düşünürdüm, amma çətin oldu”, - D. Tramp deyib.