...

Rusiya bu gün praktik olaraq iqtisadi cəhətdən tam boğulur - Fikrət Yusifov

Maliyyə Materials 3 Oktyabr 2025 10:30 (UTC +04:00)
Rusiya bu gün praktik olaraq iqtisadi cəhətdən tam boğulur - Fikrət Yusifov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Rusiya praktik olaraq iqtisadi, maliyyə cəhətdən tam boğulur.

Trend xəbər verir ki, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov Ermənistanın şübhəli idxal-ixrac əməliyyatlarının iqtisadi təhlilinə dair brifinqdə deyib.

Onun sözlərinə görə, bu proses ildırım sürətilə davam edir:

"Rusiyanın 2025-ci il üzrə dövlət büdcəsi kəsiri 1,2 trilyon rubl həcmində proqnozlaşdırılır. Bu gün oktyabr ayının 3-dür və Rusiyanın dövlət büdcəsi kəsiri 8 trilyon rubla yaxınlaşıb".

Bir ölkənin dövlətinin büdcəsi onun iqtisadiyyatının güzgüsüdür. Yəni dövlət büdcəsi hansı səviyyədədirsə, deməli onun iqtisadiyyatı da eyni vəziyyətdədir:.

F. Yusifov vurğulayıb ki, bu gün heç bir dövlət, hətta Rusiya neftinin 50%-ni idxal edən və Rusiyanın dost kimi bəyan etdiyi Çin belə heç bir formada Rusiyaya bir sent də kredit vermək və yaxud da hər hansı bir formada yardım etmək istəyində deyil:

"Yəni Rusiyanın ətrafında olan, ona hər hansı bir formada dəstəkləyən ölkələrin içərisində Çin yeganə ölkədir ki, öz maddi, maliyyə imkanları baxımından Rusiyaya dəstək vermirlər".

Xəbər lenti

Xəbər lenti