Bakı. Trend:
Canlı futbol əfsanəsi Zinəddin Zidanın oğlu qapıçı Luka Zidan DÇ 2026 seçmə mərhələsinin oyunlarında iştirak üçün Əlcəzairin Futbol üzrə milli komandasına çağırılıb.
Trend xəbər verir ki, bu barədə Əlcazairin futbol federasiyasının saytına məlumat yayılıb.
27 yaşlı qolkiper ilk dəfədir ki, Əlcəzair yığmasına dəvət olunur. Qeyd edək ki, Luka Zidan əvəllər Fransanın gənclər üzrə milli komandasında çıxış edib.
Zinəddin Zidanın kiçik oğlu olan Luka Madridin “Real” futbol məktəbinin yetirməsidir. Atası klubun baş məşqçisi olan dövrdə komandanın qapıçısı olsa da, əsas heyətdə çox az sayda oyun keçirib.
Hal-hazırda Luka Zidan İspaniyanın “Qranada” klubunun şərəfini qoruyur.