...

Avropa Azərbaycandan qaz tədarüklərinin artmasında maraqlıdır - Yunanıstan baş naziri

İqtisadiyyat Materials 2 Oktyabr 2025 17:46 (UTC +04:00)
Avropa Azərbaycandan qaz tədarüklərinin artmasında maraqlıdır - Yunanıstan baş naziri
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Kopenhagen. Trend:

Avropa Azərbaycandan qaz tədarüklərinin artmasında maraqlıdır.

Bunu Trend-in müxbirinin sualını cavablandıran Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Avropa Siyasi Birliyinin zirvə toplantısı çərçivəsində bildirib.

"Çox şadıq ki, Azərbaycan boru kəməri qazının tədarükü vasitəsilə bizim enerji təhlükəsizliyimizə töhfə verir. Gələcəkdə təkcə Yunanıstan deyil, bütün Avropa bu əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirir. Eyni zamanda Yunanıstan mayeləşdirilmiş təbii qazın idxal güclərinin artırılması üzərində işləyir. Əldə olunmuş irəliləyişə baxmayaraq, biz Azərbaycanı Yunanıstan üçün uzunmüddətli, etibarlı və etimada layiq enerji tədarükçüsü kimi nəzərdən keçiririk", – deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti