Bakı. Trend:
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış iqtisadi islahatlar nəticəsində sahibkarların rəqabət qabiliyyətinin artmasını müşahidə edirik. ABŞ-də avqustun 8-də də sülh gündəliyinə imza atılması, ölkə iqtisadiyatına olan marağı ciddi şəkildə artıracaq. Xüsusilə regional inteqrasiyadan bir sıra məqamlar ortaya çıxacaq.
Trend xəbər verir ki, bu fikirləri II Milli Rəqabət Forumunda Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, iqtiaadi siyasətin əsas gücü qeyri-neft, qaz sektorudur:
“2021-2024 6,7 % qeyri neft sektoru artıb. Təbii olaraq hər zaman bunun sürətlənməsi yollarının axtarışındayıq”.
M.Cabbarov vurğulayıb ki, son 6 ildə qeyri-neft ixracı 2 dəfə artıb.