...

Azərbaycan Prezidenti İlham Əliyev iraqlı həmkarı ilə Nyu-Yorkda apardığı fikir mübadiləsini yüksək qiymətləndirib

Siyasət Materials 3 Oktyabr 2025 11:25 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev iraqlı həmkarı ilə Nyu-Yorkda apardığı fikir mübadiləsini yüksək qiymətləndirib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidə bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, dövlətimizin başçısı məktubunda bu yaxınlarda İraq Prezidenti ilə Nyu-Yorkda keçirdiyi görüşü, apardığı fikir mübadiləsini yüksək qiymətləndirib.

“Əminəm ki, Azərbaycan-İraq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti