Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Lockheed Martin” hərbi sənaye şirkəti ilə ordunun ən yeni 5-ci nəsil F-35 qırıcıları ilə təchiz olunması barədə müqavilə bağlayıb.
Trend bu barədə “Defense News”a istinadən xəbər verir.
Müqavilənin büdcəsi 12,5 milyard ABŞ dollarına yaxındır. 18-19-cu partiyalarda 148 qırıcının tədarükü nəzərdə tutulub. Təchizat prosesinin 2026-cı ildən başlayacağı bildirilir.