...

2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payı 38 faiz olacaq - Orxan Zeynalov

İqtisadiyyat Materials 3 Oktyabr 2025 13:01 (UTC +04:00)
2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payı 38 faiz olacaq - Orxan Zeynalov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bərpa olunan enerji mənbələrinin payını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

Trend xəbər verir ki, bunu Azərbaycan energetika nazirinin müavini Orxan Zeynalov Astanada keçirilən "KAZENERGY" Forumunda çıxışında deyib.

“Mövcud templərlə bərpa olunan enerji mənbələrinin quraşdırılmış gücdəki payı 2030-cu ilə qədər 38 faiz, 2035-ci ilə qədər isə 42,5 faiz olacaq”, - deyə nazir müvini qeyd edib.

Orxan Zeynalov qarşıdakı iki il ərzində bərpa olunan enerji layihələrinə nəzərdə tutulan investisiyalar barədə danışıb.

“Biz 3 milyard ABŞ dolları həcmində investisiya gözləyirik. Bu, 10 layihəyə – səkkiz günəş və iki külək stansiyasına yönələcək və əlavə iki giqavat güc təmin edəcək”, - deyə o əlavə edib.

Orxan Zeynalov elektrik enerji saxlama sistemlərinin əhəmiyyətini vurğulayıb.

“Bir sıra ölkələrdə baş verən son elektrik kəsintiləri göstərir ki, bərpa olunan enerji mənbələrinin etibarlı fəaliyyəti üçün ehtiyat saxlama sistemləri vacibdir. Bu, böyük güclərin milli enerji sisteminə təhlükəsiz inteqrasiyasını təmin edəcək”, - deyə nazir müvini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti