Bakı. Trend:
Vyetnamda daşqın və torpaq sürüşməsi ilə nəticələnən “Bualoy” qasırğası 34 nəfərin ölümünə, 140 nəfərin yaralanmasına səbəb olub.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, daha 20 nəfər hələ də itkin düşmüş sayılır. Təbii fəlakət infrastruktura ciddi ziyan vurub.
Təxminən 155 min evə zərər dəyib, 2.7 milyona yaxın ev təsərrüfatı işıqsız qalıb, 3 mindən çox yol bağlanıb, 34 min hektardan çox çəltik və digər əkin sahələri məhv olub.