Bakı. Trend:
Almaniyanın Münhen hava limanı fəaliyyətini bərpa edib.
Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
Hava limanının açıqlamasında bildirilib ki, axşam saatlarında bir neçə dronun görünməsi nəticəsində 17 reys ləğv edilib və təxminən 3 min sərnişinin səyahət planı pozulub.
Hava limanı əlavə edib ki, daha 15 eniş reysi Ştutqart, Nürnberq, Vyana və Frankfurt da daxil olmaqla digər şəhərlərə yönləndirilib.
Məlumata görə, dronlar gecə saatlarında hava limanı üzərində müşahidə olunub. Lakin havanın qaranlıq olması səbəbindən dronların ölçüsü və növlərini müəyyən etmək mümkün olmayıb.