...

Sentyabr ayı ərzində bu qədər adam metrodan istifadə edib

Cəmiyyət Materials 2 Oktyabr 2025 16:01 (UTC +04:00)
Sentyabr ayı ərzində bu qədər adam metrodan istifadə edib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Sentyabr ayında 19 965 597 sərnişin metronu seçib.

Bu barədə Trend-Bakı Metropolitenindən məlumat yayılıb.

Bildirilib ki, Bakı Metropoliteni sentyabr ayında 19 milyondan çox sərnişin daşıyıb. 34 cüt qatar sxeminə keçidlə “28 May–Əhmədli” sahəsində pik saatlarda interval 1 dəqiqə 45 saniyəyə endirilib.

Qeyd edilib ki, ay ərzində metro tarixində ikinci ən böyük sərnişindaşıma göstəricisi də qeydə alınıb. Ayın ən çox sərnişin qəbul edilən günü 15 sentyabrda(891 856 nəfər), Ən sakit gün isə 7 sentyabrda( 405 892) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti