...

Cəbrayıl rayonundakı günəş elektrik stansiyaları ilə bağlı mobilizasiya işləri başa çatdırılıb - Cavid Abdullayev

İqtisadiyyat Materials 2 Oktyabr 2025 15:45 (UTC +04:00)
Cəbrayıl rayonundakı günəş elektrik stansiyaları ilə bağlı mobilizasiya işləri başa çatdırılıb - Cavid Abdullayev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Biləsuvar. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində bərpa olunan enerji sahəsi üzrə görülən işlər açıqlanıb.

Trend-in Biləsuvar rayonuna ezam olunmuş əməkdaşı xəbər verir, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, azad edilmiş ərazilərdə bərpa olunan enerji sahəsi ilə bağlı hazırda bir neçə layihə həyata keçirilir: "Cəbrayılda bp şirkəti ilə birgə həyata keçirilən 240 meqavatlıq "Şəfəq" Günəş Elektrik Stansiyasının (GES) ərazisində artıq bütün mobilizasiya işləri başa çatdırılıb. Bu istiqamətdə tikinti işlərinə start verilib.

"Eyni zamanda, Cəbrayıl rayonunda hər biri 50 meqavat olmaqla "Şəms" və "Üfüq" GES-lər ilə bağlı mobilizasiya yekunlaşıb. Həmin stansiyalarda işlər intensiv şəkildə davam etdirilir", - deyə C. Abdullayev vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti