...

İngiltərədə sinaqoqa hücum: 3 ölü

Dünya xəbərləri Materials 2 Oktyabr 2025 16:27 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin Mançester şəhərində sinaqoqa hücum nəticəsində 3 nəfər, o cümlədən hücumu həyata keçirmiş şəxs həlak olub.

Trend bu barədə Britaniya KİV- ə istinadən xəbər verir.

Mançester şəhər polis idarəsindən bildiriblər ki, insident Hiton-Park yəhudi icmasına aid sinaqoqda “Yom Kippur” günü (Yəhud təqviminin ən müqəddəs günlərindən biri sayılır) qeyd olunan əsnada baş verib. Hücum vaxtı sinaqoqa xeyli sayda insan toplaşıb.

İnsidentin dəqiq təfərrüatları açıqlanmasa da, zərərsizləşdirən hücumçunun insanlara soyuq silahla xəsarətlər yetirdiyi bildirilir. Azı 3 dinc sakin ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti